DÜNYA


Fransa Prezidenti vergi sahəsində mülayimləşmə aparacağını vəd edib

Bakı, 18 may, AZƏRTAC 

Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makron seçkiqabağı kampaniya zamanı şirkətlər və fiziki şəxslər üçün vergi sahəsində mülayimləşmə aparacağını vəd edib. Bu addımın atılması həm vətəndaşların, həm də biznesin işini yüngülləşdirməyə, sahibkarlığın stimullaşdırılmasına yönəldiləcək.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, yeni Prezidentin vergi proqramında hazırda 33,3 faiz təşkil edən korporativ verginin dərəcəsinin 25 faizə endirilməsi nəzərdə tutulur.

Bundan əlavə, E.Makron “zənginlik vergisi”nin baza hissəsindən investisiya gəlirlərinin çıxılmasını, həmçinin ekoloji vergilərin qaldırılmasını da vəd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.