Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda

Hörmətli cənab Prezident,

Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 iyul 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin