DÜNYA


Fransa hökuməti məktəblərin mühafizəsini gücləndirmək qərarına gəlib

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Fransa hökuməti dərs ilinin əvvəlində yeni terror təhdidləri fonunda təhsil müəssisələrinin, xüsusən məktəblərin mühafizəsini gücləndirmək qərarına gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Yelisey sarayında keçirilən iclasında Fransanın daxili işlər naziri Bernar Kaznev məlumat verib.

Qərara əsasən sentyabrın 1-dən etibarən ölkə ərazisində yerləşən məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərəcək. Təhsil müəssisələrinin mühafizəsinə 3 min nəfərdən çox ehtiyat qüvvə cəlb olunacaq.

Xatırladaq ki, keçən ilin noyabrında bir-biri ilə əlaqəli 3 silahlı qrup Parisdə və yaxınlıqda yerləşən Sen-Deni şəhərində silsilə terror aktları törətmişdi. Hadisə nəticəsində 130 nəfər həlak olmuş, 350 nəfərdən çox insan isə yaralanmışdı. 2016-cı ilin iyul ayının ortalarında isə Nitsa şəhərində “Bastiliyanın alınması günü” 85 nəfər terrorun qurbanı olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.