DÜNYA


Fransa hökumətində dəyişikliklər

Paris, 20 iyun, AZƏRTAC

Fransa hökumətində dəyişikliklər olub.

Parlament seçkilərinin ertəsi günü ərazi birliyi naziri Rişar Ferran parlament seçkilərində Milli Assambleyada deputat mandatı qazandıqdan sonra nazir vəzifəsindən istefa verib. O, Milli Assambleyada qrup rəhbəri olmağa üstünlük verib.

Müdafiə naziri Silvi Qular isə haqqında qaldırılan məhkəmə işindən sonra bu gün səhər tutduğu vəzifədən istefa verib.

Ədliyyə naziri Fransua Bayrunun istefa verməsi gözlənilsə də, Baş nazir onun öz vəzifəsində qalacağını elan edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.