DÜNYA


Fransa hökumətinin yeni tərkibi sabah elan ediləcək

Bakı, 15 may, AZƏRTAC

Fransa Nazirlər Kabinetini yeni tərkibi mayın 16-da günün ikinci yarısında elan oluna bilər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, France İnfo radiostansiyasının yaydığı məlumata görə, bunu Yelisey sarayının baş katibi Aleksi Koler bildirib.

Xatırladaq ki, bu gün Prezident Emmanuel Makron Qavr şəhərinin meri Eduard Filippi Baş nazir təyin edib və ona hökuməti formalaşdırmağı tapşırıb.

Sağ mərkəzçi 46 yaşlı Eduard Filipp Fransa parlamentinin aşağı palatasının “Respublikaçılar” partiyasından deputatıdır. Fransız KİV-ləri xatırladırlar ki, bir qədər əvvəl “Respublikaçılar” Makronla işləməyə hazır olduğunu bildirən istənilən siyasətçini öz sıralarından xaric edəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.