DÜNYA


Fransa ilə Çin müştərək investisiya fondu yaradıblar

A+ A

Bakı, 15 noyabr, Nihad Budaqov, AZƏRTAC

Fransa ilə Çin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da artırmaq məqsədilə 2 milyard avro kapitalı olan müştərək investisiya fondu yaradıblar.

AZƏRTAC xəbər verir ki, fondun yaradılmasına dair müqavilə Çinin Baş nazirinin müavini Ma Kai və Fransanın iqtisadiyyat naziri Mişel Sapin tərəfindən Parisdə imzalanıb.

Sözügedən müqavilə ilə iki ölkə əsasən Asiya və Afrikaya birgə investisiya yatırmağı hədəfləyir. Müqaviləyə görə, ilkin mərhələdə Fransa ilə Çin fond üçün hər biri 150 milyon avro olmaqla vəsait ayırmaq barədə öhdəlik götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.