MƏDƏNİYYƏT


Fransa jurnalında istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında məqalə dərc edilib

A+ A

Paris, 4 avqust, AZƏRTAC

Həftəlik “France Dimanche” jurnalında istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında məqalə dərc edilib.

Məqalədə incəsənət tarixçisi xanım Janet Zvinjenberjer Məryəmin əl işlərindən ibarət sərgilərin artıq dünyanın bir çox ölkələrində təşkil olunduğunu qeyd edir, onun əsərlərinin məziyyətlərindən söhbət açır. O, azərbaycanlı gənc rəssamın öz daxili aləmini və hisslərinin dialoqunu rəsmlərin və rənglərin köməyi ilə ifadə etdiyini vurğulayır.

J.Zvinjenberjer Məryəmin müasir incəsənətə yaxşı bələd olduğunu qeyd edərək onun rəng seçimi və kompozisiya istedadına heyran qaldığını bildirir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.