İQTİSADİYYAT


Fransa mətbuatında Azərbaycanın turizm imkanlarından bəhs olunub

A+ A

Paris, 3 iyul, AZƏRTAC

Fransada turizm sahəsində ixtisaslaşmış nüfuzlu www.quotidiendutourisme.com saytında Azərbaycanın turizm imkanları haqqında məqalə dərc olunub.

Məqalədə Xəzər dənizinin sahilində yerləşən, sabitliyi və sürətli inkişafı ilə seçilən Azərbaycan paytaxtının yeni üfüqlər kəşf etmək istəyən turistlər üçün gözəl məkan olduğu diqqətə çatdırılıb. Fransa turizm şirkətlərinin iyunun 24-dən 28-dək Bakıda səfərdə olan 60 mütəxəssisinin də həmin fikri təsdiqlədiyi xüsusi vurğulanıb.

Portalda Azərbaycanın girişı qapısı, son dərəcə müasir, işıqlı və funksional Heydər Əliyev Beynəlxalq Aeroportunun paytaxt Bakının rəmzlərindən biri olduğu bildirilib. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda və Xəzər dənizi sahilində gəzintinin insanda xoş təəssürat yaratdığı qeyd olunub. Bundan başqa, milli mətbəximizin ləzizliyi, Azərbaycan şərablarının yüksək keyfiyyəti, “Alov qüllələri” kompleksində yerləşən dəbdəbəli “Fairmont Baku” oteli, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan qədim insan məskəni – Qobustan qoruğu və palçıq vulkanları haqqında da ətraflı söhbət açılıb.

Yazıda Azərbaycana viza rejiminin sadələşdirildiyi və ölkəmizin Parisdə keçirilən ənənəvi “Top Resa-2016” turizm sərgisində iştirak edəcəyi də diqqətə çatdırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.