İDMAN


Fransa millisi güllə atıcılığı üzrə komanda yarışında qalib gəlib

Bakı,30 iyul, Məhərrəm Əlioğlu, Pərvin Ələkbərov, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında Fransa millisi kişilər arasında tüfənglə 300 metr məsafəyə güllə atıcılığı üzrə komanda yarışında 1775 xal toplayaraq qalib gəlib.

AZƏRTAC xəbər verir ki, qızıl medalı Fransa millisinə Moreno Flores Remi (595 xal), Sayril Qraf (594) və Valerian Sauveplane (586) qazandırıblar.

İkinci yeri 1769 xalla Sloveniya millisi tutub. Gümüş medalı Sloveniya komandasının heyətində Debevec Rajmond (595), Robert Markoja (594) və Dusan Zisko (580) təmin ediblər.

Yarışın üçüncüsü isə 1764 xalla Almaniya millisi olub. Almaniya yığmasının heyətində bu uğura Frank Fleişmann (595), Raiber Matthias (592) və Joerq Niehueser (577) imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.