DÜNYA


Fransa öz xüsusi təyinatlı birləşməsinin Liviyada olması faktını rəsmən təsdiqləyib

Bakı, 20 iyul, AZƏRTAC

Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol ölkəsinin xüsusi təyinatlı birləşməsinin Liviyada olması faktını təsdiqləyib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl Benqazi şəhərində yaraqlıların hərbi helikopteri vurması nəticəsində Fransanın xüsusi təyinatlı birləşmənin 2 əməkdaşı həlak olub.

Xatırladaq ki, 2011-ci ilin fevral ayında Liviyada 40 ildən artıq müddətdə ölkəni idarə edən Müəmmar Qəddafinin vəzifəsini tərk etməsi tələbi ilə kütləvi ixtisaslar baş verib. Bu iğtişaşlar sonradan hökumət qüvvələri ilə qiyamçılar arasında hərbi toqquşmalara çevrilib. Elə həmin il NATO hökumət qüvvələrinə qarşı hava zərbələrinə başlayıb. Nəticədə Müəmmar Qəddafi qiyamçılar tərəfindən ələ keçirilərək öldürülsə də, indiyə qədər ölkədə sabitlik yaratmaq mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.