DÜNYA
Fransa polisi Nitsada terror aktı törədən şəxs barədə məlumatlı olub
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 14-də - Fransanın milli bayramı günündə Nitsada keçirilən tədbir zamanı törədilən terror aktının icraçısı müəyyənləşib. Otuz bir yaşlı terrorçunun Tunis əsilli Fransa vətəndaşı olduğu bildirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Nitsadakı terrorun icraçısı haqda polis məlumatlı olsa da, kəşfiyyat xidmətlərinə onunla bağlı informasiya verilməyib.
Xatırladaq ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.
Son məlumata əsasən, insident nəticəsində həlak olanların sayı 84-ə çatıb, 18 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]