İDMAN
Fransa qəzeti Avropa Oyunlarından yazır
Paris, 5 mart, AZƏRTAC
Fransada gündəlik nəşr olunan “Qərb-Fransa” qəzetinin 4 mart tarixli nömrəsində Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından bəhs edən “Atletizm. “Bakı-2015” Avropa Oyunlarının təqdimatı” sərlövhəli məqalə dərc olunub.
Məqalədə tarixdə ilk dəfə Bakıda Avropa Oyunlarının keçiriləcəyi, yarışa yüksək səviyyədə hazırlıq görüldüyü diqqətə çatdırılır.
Beynəlxalq yarışda idmanın 20 növü üzrə dünyanın 49 ölkəsindən 6 min idmançının iştirak edəcəyi vurğulanan məqalədə idmançıların yarışlarda 16 Olimpiya və 4 qeyri-Olimpiya növündə mübarizə aparacaqları bildirilir.
Məqalədə Oyunların Bakının müxtəlif yerlərində, avarçəkmə yarışlarının isə Mingəçevirdə keçiriləcəyi bildirilir.
Müəllif 65 minlik yeri olan Bakı Olimpiya Stadionu haqqında da məlumat verir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]