CƏMİYYƏT
Fransa səfirinin birinci müşaviri BAMF-da olub
Bakı, 6 mart, AZƏRTAC
Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, səfirin birinci müşaviri xanım Drout-Lozinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində olub.
BAMF-ın sədri Umud Mirzəyev ilə görüşdə gələcək əməkdaşlığın perspektivləri, xüsusilə regionlardakı təlim mərkəzləri, mikromaliyyələşmə, maarifləndirmə və s. məsələlər müzakirə olunub. Həmçinin Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf vəziyyəti barəsində fikir mübadiləsi aparılıb.
Qonaq, eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit”in fəaliyyəti ilə yaxından tanış olub .
Bu cür görüşlərin əməkdaşlıq üçün çoxsaylı imkanlar açdığı və hər iki tərəf üçün çox uğurlu olduğu qeyd edilib.
BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi qurumun xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub.