MƏDƏNİYYƏT
Fransa təmsilçisi Amir: Avropa tamaşaçıları mənim mesajımı anlayacaq VİDEO
Stokholm, 14 may, AZƏRTAC
Azərbaycandan olan tamaşaçıları salamlayıram və mənə dəstək olmağa çağırıram. Ümidvaram ki, Avropa tamaşaçıları müsabiqənin final mərhələsində mesajımı anlayacaq və mənə səs verəcək.
Bu sözləri Fransanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən Amir AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Ekran qarşısında əyləşən tamaşaçılara gülüşü və emosiyaları ilə hisslərini ötürməyə çalışdığını bildirən Tunis əsilli müğənni müsabiqədə zövqlü performans təqdim etmək istədiyini söyləyib: “Belə çətin seçim turundan sonra “Eurovision-2016” mahnı müsabiqəsində ölkəmi layiqincə təmsil etməyə çalışacağam. Bu səhnədə olmaq böyük məsuliyyətdir. Azərbaycan təmsilçisi Səmraya da uğurlar diləyirəm. Onun performansı və ifaçılıq məharəti güclüdür. Təmsilçinizin də müsabiqədə layiqli yeri tutacağına inanıram. İstərdim ki, Fransa müsabiqədə qalib olsun və gələn il bu mötəbər yarışma Paris, ya da Marsel şəhərində keçirilsin”.
Gənc müğənni Amir “Voice” televiziya layihəsinin Fransa versiyasında üçüncü yeri tutub. O, müsabiqənin finalında on birinci nömrə altında çıxış edəcək.