İDMAN
Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
Bakı, 16 sentyabr, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında əlil arabasında tennisdə kişilər arasında cütlüklərin yarışında qalib müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bürünc medal uğrunda görüşdə yaponiyalı idmançılar üz-üzə gəliblər. Satoşi Saida – Şinqo Kunieda cütlüyü Takaşi Sanada – Takuya Mıkıya 6:3, 6:4 (2:0) hesabı ilə qalib gələrək Paralimpiya Oyunlarını üçüncü pillədə başa vurublar.
Həlledici görüşdə Böyük Britaniya təmsilçiləri Alfie Hevett – Qordon Ried fransalı cütlük Stefan Houdet – Nikolas Peifer ilə üz-üzə gəliblər. Rəqibini 6:2, 4:6, 6:1 (2:1) hesabı ilə məğlub edən Fransa tennisçiləri Rio Paralimpiadasının qızıl medalına sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
- 29.03.2024 [14:11]