İDMAN


Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında əlil arabasında qılıncoynatmada şpaqa üzrə komanda yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında bürünc medal uğrunda görüşdə Polşa millisi Yunanıstan yığması ilə qarşılaşıb. Rəqibini 45:29 hesabı ilə məğlub edən Polşa turnirin bürünc medalına sahib olub.

Qızıl medal uğrunda görüşdə Fransa və Çin qılıncoynadanları üz-üzə gəliblər. Görüş 41:41 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə görə, Fransa millisi “Rio-2016”nın qalibi olub.

Qadınların mübarizəsində üçüncü yer uğrunda qarşılaşmada Macarıstan millisi Polşanı 45:44 hesabı ilə məğlub edib. Həlledici görüşdə isə Çin millisi Honk Konqa 45:35 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.