DÜNYA


Fransada 800 min ördǝk mǝhv ediləcək

Bakı, 6 yanvar, AZƏRTAC

Fransada quş qripi virusunun qarşısını almaq üçün 800 min ördək mǝhv edilǝcǝk.

AZƏRTAC trt.net-ə istinadla xəbər verir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyindən verilǝn mǝlumata görǝ, ölkənin cənub-qərb bölgǝsindǝ 89 fǝrqli yerdǝ H5N8 virusu qeydǝ alınıb.

Virusun sürǝtlǝ yayılmasının qarşısını almaq mǝqsǝdilǝ Gers, Landes və Hautes-Pyrenees bölgələrindəki ördəklər yanvar ayında mǝhv edilǝcǝk.

Qeyd edǝk ki, noyabrın 26-da ölkənin şimalındakı Pas-de-Calais bölgəsində çöl quşlarında H5N8 virusu qeydǝ alınmışdı. Hǝmçinin Avropa İttifaqının ən böyük qanadlı heyvan istehsalçısı olan Fransanın cənub-qərb bölgəsində ötǝn il epidemiya yaşanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.