DÜNYA


Fransada “Kiçik pompeylər” tapılıb

Bakı, 7 avqust, AZƏRTAC

Fransada “Kiçik pompeylər” tapılıb. Alimlər Vyen şəhərinin kənarında yerləşən və antik görməli yerləri ilə tanınan qədim Roma məhəlləsini belə adlandırıblar.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Vyendə yaşayış kompleksi tikilən ərazidə tapılan bu yerin sahəsi 7 min kvadratmetrdir. Arxeoloqların fikrincə, kvartal eramızın birinci əsrində salınıb. İnsanlar orada təxminən 300 il yaşayıb, sonralar regionda tez-tez baş verən yanğınlara görə oranı tərk ediblər. Sakinlər xilas olarkən evlərdə əşyaları və mebelləri qoyub çıxıblar. Kül dəbdəbəli malikanələrin və ictimai binanın saxlanmasına, həmçinin malikanələrin birinin divarlarında yunan miflərinə aid şəbəkələrin qorunmasına kömək edib. Bu evin zəngin ticarətçiyə məxsus olduğu ehtimal edilir. Malikanənin tam bərpası planlaşdırılır.

Arxeoloq Benjamen Kleman bildirib ki, şəhər ərazisində bu cür tapıntılar qeyri-adi haldır və tarixçilər üçün zəngin materialdır. Qazıntılar davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.