DÜNYA


Fransada barda baş verən yanğın nəticəsində 13 nəfər ölüb

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 5-dən 6-na keçən gecə Fransanın Rouen şəhərindəki “Le Cuba Libre” barında baş verən yanğın nəticəsində azı 13 nəfər ölüb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat verən Rouen polisi xeyli sayda insanın da xəsarət aldığını bildirib. Hadisə şahidləri yanğının partlayış nəticəsində baş verdiyini deyiblər. Dərhal hadisə yerinə 15-dək yanğınsöndürən maşın və xeyli sayda polis qüvvələri cəlb olunub, barın yerləşdiyi küçə hərəkət üçün bağlanıb.

Yerli medianın yazdığına görə, yanğın baş verdiyi zaman barda ad günü məclisi təşkil olunub. Ona görə də hadisə qurbanlarının 18-25 yaşlarında olduğu ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.