DÜNYA


Fransada bu ilin ötən dövründə 7 terror aktının qarşısı alınıb

Bakı, 6 iyul, AZƏRTAC

Fransanın xüsusi xidmət orqanları fövqəladə vəziyyət rejimi sayəsində 2017-ci ilin əvvəlindən bəri 7 terror aktının qarşısını alıblar.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu “CNews” telekanalının efirində çıxış edən Fransanın daxili işlər naziri Jerar Kollon bildirib.

Fransada fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabr ayından tətbiq olunur. O, ümumilikdə 130 nəfərin həyatına son qoyan terror aktları seriyasından sonra qüvvəyə minib və sonradan vaxtı bir neçə dəfə uzadılıb.

Bu arada Fransa Prezidenti Emmanuel Makron fövqəladə vəziyyət rejimini 2017-ci ilin payızına qədər ləğv edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.