DÜNYA


Fransada əmlak vergisi artmaqdadır

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Fransada yerli əmlak vergisi (Taxe Fonciere) 2010-cu ildən 2016 -cı ilədək orta hesabla 15 faiz artıb.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, Fransada daşınmaz əmlak sahibinin mülkiyyətində olub-olmamasından, icarəyə verilib-verilməməsindən və ya boş qalıb-qalmamasından asılı olmayaraq, hər il vergiyə cəlb olunur.

Bu verginin strukturunu kommunal, ərazi və bələdiyyə elementləri təşkil edir, gəlirlər isə yerli xidmətlərin maliyyələşdirilməsinə sərf olunur. Fransa Ev Sahibləri Assosiasiyasının son hesabatına əsasən, keçən il regionlar üzrə fərqli olan yerli əmlak vergisinin orta dərəcəsi 19 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.