DÜNYA


Fransada fövqəladə vəziyyət prezident seçkilərinə qədər davam edəcək

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qədər davam edəcəyini açıqlayıb.

AZƏRTAC “France 24” kanalına istinadla xəbər verir ki, Fransa Prezidenti ölkədə fövqəladə vəziyyətin gələn ilin aprel və may aylarında keçiriləcək iki mərhələli prezident seçkilərinə qədər uzadılacağını deyib.

“Fövqəladə vəziyyətin prezident seçkilərinə qədər uzadılmasını istəyirəm. Terror təhlükəsinə qarşı fövqəladə tədbirlər görməyə ehtiyacımız var. Həmçinin qarşıdakı həftələrdə seçki kampaniyaları başlayacaq. Toplantılar və mitinqlər keçiriləcək. Hökumətin fövqəladə vəziyyətin uzadılması ilə bağlı təklifi ölkə Parlamentinə təqdim olunacaq”, - deyə F.Olland bildirib.

Xatırladaq ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisin müxtəlif yerlərində törədilən terror aktlarından sonra ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.