İDMAN


Fransada gənclər arasında güləş üzrə dünya çempionatı davam edir

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları iştirak edir.

Gənc qızların yarışında 4 təmsilçimiz mübarizə aparır. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaqlar.

Yarışın üçüncü günündə - sentyabrın 1-də 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar döyüşəcək. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunur. Yarışda 51 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxacaq Səbinə Həmzəlzadənin ilk rəqibi 1/8 final mərhələsində Özbəkistan güləşçisi Nodira Sabirova olacaq. Elis Manolova (67 kq) isə bu mərhələdə digər özbəkistanlı Baxtigül Baltaniyazova ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.