DÜNYA
Fransada kömür vergisi tətbiq oluna bilər
Bakı, 30 iyul, AZƏRTAC
Fransa hökuməti məsləhətçi komissiyanın irəli sürdüyü dəlilləri inandırıcı sayaraq, kömürlə işləyən elektrik stansiyaları üçün əlavə vergi qoymağı planlaşdırır.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, Fransada kömür vergisi gələn ildən reallığa çevrilə bilər. Bundan əlavə, komissiya 2020-ci ilə qədər Avropa İttifaqında kömürün bir tonunun minimal qiymətini 20-30 avro müəyyənləşdirməyi və sonradan tədricən 50 avroya çatdırmağı tövsiyə edib.
Belə bir addımın atılması Fransaya öz kvotası üzrə tullantıların satışından 1 milyard dollar gəlir gətirəcək, hazırda isə bu göstərici 315 milyon avrodur.
Xatırladaq ki, Fransada kömürlə işləyən beş elektrik stansiyasının payına ölkədə istehsal olunan enerjinin cəmi 2 faizi düşür. Hökumət hesab edir ki, kömür vergisi ətraf mühitə və iqtisadiyyata böyük fayda gətirəcək.