DÜNYA


Fransada məsciddən çıxan insanlar atəşə tutulublar, 8 nəfər yaralanıb

Bakı, 3 iyul, AZƏRTAC

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıblar. Hadisə nəticəsində 8 nəfər yaralanıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “La Provence” qəzeti yazıb. Yaralıların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.