DÜNYA


Fransada parlament seçkilərinin 2-ci turunda seçicilər çox passivdirlər

Paris, 18 iyun, AZƏRTAC

Fransada parlament seçkilərinin 2-ci turunun yerli vaxtla saat 17:00-a olan nəticələrinə görə seçicilərin 35.33 faizi səs verib. Parlament seçkilərinin 1-ci turunda eyni vaxtda 40.75 faiz seçici səs vermişdi. İkinci turda seçici fəallığının 45 faizdən çox olmayacağı gözlənilir.

Parlament seçkilərinin 2-ci turunda 577 seçki dairəsində “İrəli, respublika” hərəkatının 454 namizədi Respublikaçılar Partiyasının 264, Milli Cəbhə Partiyasının 67, “Fəth edilməyən Fransa” hərəkatının 67, Sosialistlər Partiyasının 65 və Demokratik Hərəkat Partiyasının (MoDem) 62 namizədinə qarşı mübarizə aparır.

Parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri yerli vaxtla saat 20:00-da məlum olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.