DÜNYA


Fransada parlament seçkilərinin 2-ci turunda seçki məntəqələrinin açılışında gecikmə olub

Paris, 18 iyun, AZƏRTAC

Fransada parlament seçkilərinin 2-ci turunun yerli vaxtla saat 12-yə olan nəticələrinə görə seçicilərin 17.75 faizi səs verib.

Bu gün ölkədə bir çox səsvermə məntəqələrinin vaxtında açılmaması ilə bağlı narazılıqlar bildirilib.

Seçki məntəqələrinin sədrləri siyasi partiyaların seçki məntəqələrindəki namizədlərini vaxtında təyin etmədikləri və artıq təyin olunanların bəzilərinin məntəqəyə gec gəlməsi ilə əlaqədar səsvermə məntəqələrinin səhər saat 8-də açılmadığı, gecikmələr olduğu bildirilib.

Seçki məntəqə sədrləri yaranan vəziyyətin təcili həll yollarını tapmağa məcbur olublar.

Qeyd edək ki, Fransanın 1988-ci ildə qəbul olunmuş qanununa uyğun olaraq dövlət siyasi partiyalara seçkilərin nəticələrinə uyğun olaraq illik maliyyə dəstəyi verir. 50 seçki dairəsində və ya ən azı bir departamentdə və ya dənizaşırı kollektivdə ən azı 1 faiz səs toplayan namizədə görə partiya hər səsə və ilə 1.42 avro alır. Beləliklə, hər seçilən deputat partiyaya 37 280 avro bonus qazandırır. Eləcə də, hər seçilən senator da partiyaya təxminən 37 min bonus qazandırır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.