DÜNYA


Fransada parlament seçkilərinin ilk turu keçirilir

Paris, 11 iyun, AZƏRTAC

Bu gün Fransada parlament seçkilərinin ilk turu keçirilir.

Yerli vaxtla səhər saat 08.00-da Fransada seçki məntəqələri açılıb. Parlamentin aşağı palatası olan Milli Assambleyanın 577 deputatını müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 7 min 882 namizəd mübarizə aparır. Seçkilərdə təxminən 47 milyonadək seçicinin səs verəcəyi gözlənilir.

Seçkilər fövqəladə vəziyyət rejimi şəraitində keçirilir. 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarm təhlükəsizliyin təmin edilməsi üçün xidmət göstərəcək.

Qeyd edək ki, Fransada parlament seçkilərinin 2-ci turu iyunun 18-də keçiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.