DÜNYA


Fransada prezident iqamətgahının mühafizəsi gücləndirilir

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Fransanın hakimiyyət dairələri ölkə prezidenti Fransua Ollandın iqamətgahının – Yelisey sarayının mühafizəsini gücləndirmək barədə qərar qəbul edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar terror aktı təhlükəsinə dair informasiya ilə əlaqədardır. Paris prefekturası polisinin daxili sərəncamında deyilir: kəşfiyyat xidməti Yelisey sarayına terror hücumları riski barədə məlumat verib. Bu risk çox ciddidir. O cümlədən söhbət terrorçu-intiharçılardan gedir.

Qərara əsasən, hər postda bir deyil, iki polis əməkdaşı dayanacaq, habelə patrulların sayı artırılacaq. Bundan başqa, polis əməkdaşlarının əksəriyyəti tapança-pulemyotla silahlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.