DÜNYA
Fransada qəzaya uğrayan təyyarənin ikinci pilotu barədə yeni faklar aşkarlanıb
Paris, 28 mart, AzərTAC
Martın 24-də Fransa ərazisində qəzaya uğrayan və 150 nəfərin ölümünə səbəb olan “Lufthansa”nın törəmə şirkəti “Germanwings”ə məxsus “Airbus 320” təyyarəsinin ikinci pilotu Andreas Lubitz barədə yeni faktlar aşkarlanıb.
Qəzanın başvermə səbəbini araşdıran komissiya Andreas Lubitzin qəza yerini təsadüfi seçmədiyini və həmin ərazini yaxşı tanıdığı qənaətinə gəlib. Komissiya bildirib ki, ikinci pilot doğma kəndi Montaburdakı aeroklubun üzvü olduğu vaxt digər pilotlar kimi təcrübə keçmək məqsədilə yaxınlıqda Fransa ərazisində yeləşən Sisteron hava limanına tez-tez baş çəkib.
Pilotun həmkarlarından biri qeyd edib ki, təcrübə keçdiyi vaxt A.Lubitz həmin yerə yaxşı bələd olub və ətrafı çox gözəl tanıyırdı.
Düsseldorf polisi A.Lubitzin sevdiyi qızı da dindirib. Psixi xəstəliyinə görə ondan ayrılan gənc qadın qəza baş verdiyi vaxt sevgilisinin ona dediyi sözləri xatırlayıb: “Bir gün gələcək bütün dünya mənim adımı tanıyacaq və məndən danışacaq”.
Bütün bu dəlillər A.Lubitzin təyyarəni bilərəkdən qəzaya uğratması haqda Marsel prokurorun gəldiyi qənaətin doğruluğunu söyləməyə əsas verir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris