DÜNYA


Fransada terror: ölənlərin sayı 80 nəfərə çatıb [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Nitsada yük maşınının kütləyə çırpılması nəticəsində ölənlərin sayı 80-ə çatıb. 50 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Daily Mail-in məlumatına əsasən, hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Hadisə törədənin Tunis əsilli Fransa vətəndaşı olduğu məlumatı verilir. Yük maşınında silah-sursat aşkar olunub.

Müxtəlif ölkələrin dövlət başçıları hadisəni pisləyən bəyanatlarla çıxış ediblər. Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə rejimin daha 3 ay uzadıldığını bildirib. O, ölənlər arasında xeyli sayda uşağın olduğunu açıqlayıb.

X X X

03:15

Fransanın Nitsa şəhərində baş verən hadisə nəticəsində ölənlərin sayının 73 nəfərə çatdığı bildirilir. Bu barədə La Figaro qəzeti polisdəki mənbələrə istinadla məlumat yayıb. 

X X X

02:40

Nitsa şəhərində yük maşınının insan izdihamına çırpılması nəticəsində 60 nəfərin həlak olduğu, yüzdən artıq şəxsin yaralandığı bildirilir. France TV-nin məlumatına görə, bu barədə şəhər prokuroru açıqlama verib.

X X X

02:22

Nitsa şəhərində yük avtomobilini insanların üzərinə sürən sürücü polis tərəfindən güllələnib. Şəhər meri Kristian Estrozi Twitter səhifəsində ölənlərin sayının onlarla olduğunu yazıb. Bəzi məlumatlara görə, 50-dən çox insan həlak olub. Onların arasında uşaqlar da var.

Sosial şəbəkələrdə şahidlər qeyd edirlər ki, avtomobil yüksək sürətlə 2 km hərəkət edərək qarşısına çıxan insanları əzib. Polis şəhərin mərkəzini nəzarətə götürüb. Hələ ki ölənlər və yaralılar haqqında dəqiq məlumat verilməyib.

X X X

01:45

Fransanın Nitsa şəhərində terror aktı törədilib. 

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Çox sayda yaralıların olduğu bildirilir.

Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. France Press agentliyi isə həlak olanlar barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.