DÜNYA


Fransada terrorizmlə mübarizə mərkəzi yaradılır

Bakı, 7 iyun, AZƏRTAC

Bu gün Fransanın Təhlükəsizlik Şurası ölkədə terrorizmlə mübarizə üzrə milli mərkəz yaradılması haqqında layihəni təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bu barədə Fransa Prezidenti Emmanuel Makronun əhatəsindəki mənbəyə istinadla məlumat yayıb.

Makron belə bir mərkəz yaradılması təşəbbüsü ilə seçki kampaniyasının gedişində çıxış etmişdi. Dövlət başçısının ingiliscə Task Force adlandırdığı operativ qrup mütəxəssislərin və analitiklərin işini koordinasiya etməlidir. O, özündə çoxsaylı təşkilatların – DİN, Müdafiə Nazirliyi, kəşfiyyat xidməti, nəqliyyat, səhiyyə, təhsil nazirlikləri və digər qurumların onlarla nümayəndəsini birləşdirəcək və birbaşa prezidentə tabe olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.