DÜNYA


Fransada yanğın: 3 min turist təxliyə edilib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Fransanın cənub-şərqində Pireney dağlarında yanğın baş verib.

AZƏRTAC “lemonde.fr” saytına istinadla xəbər verir ki, alovun söndürülməsinə cəlb edilən yanğınsöndürənlərdən biri ölüb, digər üç nəfər yaralanıb. Bu bölgədə istirahət düşərgələrində olan 3 minə yaxın turist yanğın səbəbi ilə təxliyə edilib. Əsən güclü şimal küləyi nəticəsində Toreydə iki istirahət düşərgəsində 7 çadır və 22 kotec tamamilə yanıb.

Qeyd edək ki, Fransada hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən bəzi regionlarda ölkənin milli bayramı münasibətilə planlaşdırılan atəşfəşanlıq ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.