SİYASƏT
Fransadakı Azərbaycan diasporunun ən yaşlı nümayəndəsinin xatirəsi ehtiramla anılıb
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov mərasimdə çıxış edərək deyib ki, Qədir Süleymanov ömrünün çox hissəsini Vətəndən uzaqda yaşamasına baxmayaraq, Azərbaycanı və xalqını sevən həssas qəlbli bir insan olub. Ölkəmizdə baş verən hadisələrə daim maraq göstərib, həmişə dövlətimizin tərəqqisinə sevinib. Q.Süleymanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Mərhumun oğlu Boris Süleymanov atasının xatirəsinin əziz tutulduğuna görə Azərbaycan dövlətinə və ölkəmizin Fransadakı səfirliyinə minnətdarlığını bildirib, atasının Vətənə məhəbbətindən söz açıb.
Mərasimdə səfirliyin və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak ediblər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris