DÜNYA
Fransalı memarın orijinal məktəb layihəsi
Bakı, 3 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Fransanın Sen-Deni şəhərində inşa ediləcək maraqlı məktəb layihəsinin müəllifi yerli memar Paul le Quernecdır.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, yonca formasına malik binada uşaq bağçası da nəzərdə tutulub. Təhsil kompleksində həm azyaşlı uşaqlar, həm də məktəb şagirdləri təhsil alacaqlar.
Məktəb ərazisi müxtəlif meydançaları olan 6 hissəyə bölünüb. Uşaqlara məxsus otaqlar müxtəlif diametrli və dairəvi məkanlardan, eləcə də yüksək tavanlardan ibarətdir. Məktəblilərin sinifləri kvadrat şəkilli, divarları isə şüşədəndir.
Layihəyə əsasən, binanın fasadı açıq rənglə boyanmış ağacdan hazırlanıb. Otaqların özündə də uşaqların psixologiyasına müsbət təsir edən rənglər toplusundan istifadə ediləcək.
Psixoloqların qənaətinə görə, azyaşlı uşaqların siniflərində tətbiq olunacaq narıncı rəng onların beyin fəaliyyətinin stimullaşdırılmasına köməklik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]