SİYASƏT


Fransalı senator: Konstitusiyaya dəyişikliklər demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edir

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Konstitusiyaya dəyişikliklər demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikri fransalı senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar bildirib.

Senator qeyd edib ki, Fransa parlamentarilərinin müşahidələri Azərbaycanda referendumun Avropa standartlarına uyğun azad və demokratik keçdiyinə heç bir şübhə yeri qoymur.

A.Rişar Azərbaycanda keçirilən referendumun xalqın iradəsini əks etdirdiyini vurğulayıb. O, Azərbaycanda seçkilərin təşkilinin Fransadakından fərqlənmədiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.