SİYASƏT


Fransalı senator erməni hərbçilərin dinc əhaliyə atəş açmasına münasibət bildirib

Bakı, 7 iyul, AZƏRTAC

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun üzvü, senator Kristof-André Frassa açıqlama verib.

TEAS-dan AZƏRTAC-a bildiriblər ki, o, açıqlamasında deyib: “İstənilən insan tələfatı təəssüf hissi doğurur. Azyaşlıların hədəfdə olması isə xüsusilə ağırdır. Münaqişənin diplomatik yollarla həll olunması indi həmişəkindən daha aktualdır. Qafqaz regionunda dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri işlər görülməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.