Fransalı senator erməni təxribatlarını pisləyən bəyanat verib
Paris, 12 aprel, AZƏRTAC
Fransa Senatının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü, senator xanım Silvi Qo-Şavan qoşunların təmas xəttində ermənilərin törətdikləri son təxribatlarla bağlı bəyanat verib.
Senator AZƏRTAC-a ünvanladığı bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və dinc əhaliyə qarşı təxribatlar törətməsini qəti şəkildə pisləyib. O, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal etdiyini diqqətə çatdırıb. Senator Ermənistandan müntəzəm xarakter almış təxribatları dayandırmağı, bu ölkənin silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməyi tələb edib.
Bəyanatda senator qoşunların təmas xəttində Ermənistanın son təxribatlarından sonra Azərbaycanın yenə də sülhə üstünlük verdiyini və birtərəfli şəkildə atəşi dayandırmaq haqqında qərar qəbul etdiyini alqışlayıb və Ermənistanı da atəşi dayandırmağa çağırıb. O, erməni silahlı qüvvələrinin işğal etdiyi və qadınlara, uşaqlara rəhm etmədən dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun dünyada stabillik məkanı kimi tanınan, Fransanın iqtisadi tərəfdaşı və terrorizmə qarşı mühüm müttəfiqi olan Azərbaycanın əzəli torpaqları olduğunu bir daha vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:04]
David Manukyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:57]
Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:51]
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]