REGİONLAR


Fransalı turist: Azərbaycanın milli rəqslərini öyrənmək istərdim VİDEO

A+ A

Şəki, 13 avqust, Mustafa Dadaşov, AZƏRTAC

İsti yay günlərində bölgələrimizdə dincələnlər arasında yerli turistlərlə yanaşı, xarici qonaqlar da çoxluq təşkil edir. Onlardan biri də Gvenn Lainedir. O, Azərbaycan, o cümlədən Şəki haqqında çox eşitsə də, buraya gəlib bu gözəllikləri öz gözləri ilə görməyə üstünlük verib.

Londonda yaşasa da, əslən fransız olan Gvenn Laine AZƏRTAC-a müsahibəsində bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir: “Həyat yoldaşımla birgə xarici ölkələrə səfər etməyi, bu ölkələrin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat toplamağı çox xoşlayırıq. Keçən il Qırğızıstanda olduq. Türk mətbəxini və mədəniyyətini çox sevirik”.

Şəkidən zəngin təəssüratlarla ayrılacağını söyləyən fransalı turist deyib: “Xan sarayı çox xoşumuza gəldi. Sarayın otaqlarını bəzəyən kompozisiyalar, şəbəkə pəncərələr bizi valeh etdi, çox təsirləndik. Buranın əhalisi də çox istiqanlı və qonaqpərvərdir. Şəkinin təbiəti, dağları füsunkardır. Rəqs etməyi çox xoşlayıram. Sizin milli rəqslərinizi öyrənmək istərdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.