MƏDƏNİYYƏT
Fransanın KTO televiziya kanalı Roma Papasının Bakıya səfərini geniş işıqlandırıb VİDEO
Paris, 3 oktyabr, AZƏRTAC
Fransanın KTO katolik televiziya kanalı Roma Papası Fransiskin Azərbaycana səfərini geniş işıqlandırıb.
Verilişdə Papa Fransiskin hava limanında qarşılanma mərasimindən tutmuş Bakıdakı Katolik Kilsəsində keçirilən messa-dini mərasimində iştirakı, Prezident İlham Əliyev ilə görüşü, Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısındakı çıxışı və Heydər məscidindəki görüşünədək bütün tədbirlər barədə süjetlər yayımlanıb.
Dini mərasimin yayımından əvvəl aparıcı Azərbaycan haqqında məlumat verib. O, multikultural mərkəz olan Azərbaycanla Vatikan arasındakı münasibətlərdən danışıb, dini azadlığın hökm sürdüyü ölkəmizdəki dini rəngarəngliyi diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris