MƏDƏNİYYƏT
Fransanın “Louis Vuitton” Moda Evi yeni ətir yaradıb
Bakı, 23 iyul, AZƏRTAC
Fransanın “Louis Vuitton” Moda Evinin hazırladığı yeni ətir firma çantasının qoxusunu xatırladır. “Bloomberg”in yaydığı məlumata görə, ətir satışa payızda çıxarılacaq və brendin firma butiklərində təqdim ediləcək.
AZƏRTAC “Lenta.ru” saytına istinadla xəbər verir ki, ətirlərin hazırlanmasında tanınmış ətriyyatçı Jak Kaval iştirak edib. O, “Nina Ricci” üçün “Nina”, “Paco Rabanne” üçün “Ultraviolet”, “Issey Miyake” üçün “Lʼeаu dʼIssey” ətirlərinin hazırlanmasında iştirak edib.
1854-cü ildə əsası qoyulmuş “Louis Vuitton” şirkəti sandıq və yol çantaları hazırlayıb. Şirkət kişi və qadınlar üçün aksessuar, geyim, ayaqqabı, saat və bəzək əşyalarının istehsalı üzrə ixtisaslaşıb. Hazırda “LVMH” beynəlxalq holdinqin strukturuna daxildir.