DÜNYA
Fransanın Reyunon adası sahillərində “Boeing 777” təyyarəsinin qalığı tapılıb
Bakı, 30 iyul, AZƏRTAC
Fransanın Reyunon adası sahillərində “Boeing” təyyarəsinin qanadının bir hissəsi tapılıb. Avstraliya, Malayziya və Fransa mütəxəssisləri qalığın “Boeing 777”-yə məxsus olduğunu təsdiqləyiblər. Bu qalığın ötən il Kuala-Lumpurdan Pekinə uçan “Malaysia Airlines” şirkətinə məxsus təyyarəyə məxsus olduğu də ehtimal edilir.
AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, Reyunon adası Malayziya təyyarəsinin yoxa çıxdığı ərazinin 4 min kilometrliyindədir. Ekspertlər hesab edirlər ki, okean suları təyyarə qalıqlarını hadisə yerindən belə uzaq məsafəyə apara bilər.
Sen-Andre şəhərinin çimərliyində çalışan xidmətçilər tərəfindən tapılan təyyarə qalığının yaxınlığında zədələnmiş çamadan da aşkarlanıb. Araşdırmaların nəticələri yaxın iki gündə açıqlanacaq.
Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu “Boeing 777” təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]