DÜNYA


Fransanın Səhiyyə Nazirliyi təhlükəli qrip epidemiyası barədə xəbərdarlıq edib

Bakı, 11 yanvar, AZƏRTAC

Fransanın Səhiyyə Nazirliyi ölkəni təsiri altına alan təhlükəli qrip epidemiyası səbəbindən xəstəxanalara hazır olmaları barədə xəbərdarlıq edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, epidemiyanın getdikcə yayıldığını və hazırda ölkədəki 850 xəstəxananın 142-də vəziyyətin ağır olduğunu bildirən Marisol Touraine səhiyyə müəssisələri ilə yanaşı, tibb işçilərinin də hazırlığının vacib olduğunu vurğulayıb.

Nazirliyin nümayəndələri 2014-2015-ci illərdə 18 min nəfərin ölümü ilə nəticələnən H3N2 virusunun səbəb olduğu epidemiyanın təkrarlanacağından ehtiyat edirlər.

Ekspertlər isə H3N2 virusunun iki illik fasilədən sonra yenidən baş qaldırdığını qeyd edərək, bunun bir neçə həftə içində ciddi epidemiyaya çevrilə biləcəyini vurğulayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.