MƏDƏNİYYƏT


Fransanın böyük turizm şirkətlərinin rəhbərləri “Azərbaycan şəhərciyi”ndə

A+ A

Paris, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizə səfər etmiş böyük fransız turizm agentliklərinin rəhbərləri və onların əsas müştəriləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Azərbaycan şəhərciyi”ni ziyarət ediblər.

Onlar şəhərcikdə təşkil olunan müvafiq stendlər vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, milli suvenirləri, şərabları və digər ixrac məhsulları ilə tanış olublar.

Şəhərcikdə qonaqlara Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat verilib.

Fransanın turizm mütəxəssisləri Azərbaycanın yeni turizm istiqaməti kimi öz zəngin tarixi və mədəni irsi, eləcə də müasir turizm infrastrukturu, Bakı, Gəncə, Qəbələ, Göygöl və Qusarda yerləşən böyük turizm potensialı ilə fransız turistlərdə böyük maraq oyatdığını vurğulayıblar.

Hər il Gəncədə Fransa ilə birlikdə təşkil olunan beynəlxalq üzüm və şərab festivalı, bu il təşkil ediləcək Azərbaycan regionlarının turizm festivalı kimi təşəbbüslər yüksək qiymətləndirilib.

Qonaqlar şəhərcikdə təqdim olunan Azərbaycan şərablarının dequstasiyası zamanı onların yüksək keyfiyyətini xüsusi qeyd edib. Eləcə də burada sərgilənən müxtəlif yerli məhsullar haqqında ətraflı məlumat verilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.