DÜNYA


Fransanın cənubunda 2 min hektar meşə sahəsi yanıb

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Fransanın cənub hissəsindəki bir çox bölgələrdə baş verən yanğınlarda ən azı 2 min hektar meşə ilə örtülü sahənin kül olduğu açıqlanıb.

Anadolu agentliyinin məlumatına görə, Marselin Vitrolles məhəlləsində 25 ev tamamilə yanıb, 8 min nəfər yanğından ziyan çəkib. Təhlükə altında olan min nəfər təxliyə edilib. Yanğına müdaxilə üçün 1 800 nəfər yanğınsöndürən və 400 polis səfərbər edilib.

Fransa Daxili İşlər Nazirliyi Marsel və ətrafdakı bir çox bölgələrdə dünən başlayan yanğınlar nəticəsində ikisi ağır olmaqla 6 nəfərin yaralandığını açıqlayıb. Bir yanğınsöndürmə rəsmisi isə dünən günortadan sonra başlayan və axşam saatlarında yayılan yanğının gecə yarısına doğru nəzarətdən çıxdığını söyləyib. Rəsmi şəxslər isə bir çox bölgələrdə baş verən yanğının artıq nəzarət altına alındığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.