DÜNYA


Fransanın iqtisadiyyat naziri istefa verib

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Fransanın iqtisadiyyat naziri Emmanuel Macron istefa qərarını açıqlayarkən, gələn il keçiriləcək prezident seçkilərində iştirakla bağlı fikirlərini bölüşüb.

Anadolu agentliyinin məlumatına görə Macron 2 illik nazirlik fəaliyyətinə bu gün son qoyub. Həftələrdir istefa edəcəyi söylənilən Macronun günorta saatlarında nazirliyin şəxsi heyəti ilə görüşü və Fransa Prezidenti Fransua Ollandla görüşmək üçün Yelisey sarayında getməsi ilə bu məsələ reallığa çevrilib.

Görüşdən sonra Yelisey sarayından gələn açıqlamada deyilir: “Prezident Fransua Olland 2014-cü ildən bu yana göstərdiyi xidmətlər üçün Macrona təşəkkür edib”.

Macron deyib: “Gələn ildən etibarən, dəyərlərimiz, fikirlərimiz və fəaliyyətlərimiz Fransanın dəyişdirilməsinə yönələcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.