DÜNYA


Fransanın sabiq prezidenti Nikola Sarkozi məhkəmə qarşısına çıxacaq

Bakı, 7 fevral, AZƏRTAC

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ildə keçirilən prezident seçkilərinin gedişində maliyyə fırıldaqlarında şübhəli bilinərək məhkəmə qarşısına çıxarılacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, mətbuatın “Biqmalion işi” adlandırdığı proseslə məşğul olan hakim ölkənin keçmiş liderinin daha 13 məsul şəxslə birgə məhkəməyə cəlb olunması barədə qərar verib.

“Biqmalion işi” 2012-ci ildə Nikola Sarkozinin seçkiqabağı kampaniyasının maliyyələşməsi ilə bağlıdır. Təhqiqat müəyyən edib ki, Sarkozi və onun “Xalq Hərəkatı İttifaqı” (XHİ) partiyası kampaniya üçün ayrılan 22,5 milyon avro həcmində müəyyən olunan limiti xeyli keçib. Təhqiqatın nəticələrinə əsasən, kampaniyaya 42,8 milyon avro vəsait qoyulub.

Sarkozinin qərargahının saxta hesab-fakturalar tərtib edərək seçki kampaniyası üçün yığılan gəlirlərinin bir hissəsini gizlətdiyi və bunu “Biqmalion” piar-agentliyi vasitəsilə həyata keçirdiyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.