DÜNYA
Fransanın xarici işlər naziri vəzifəsini tərk edəcəyini açıqlayıb
Paris, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Fransanın xarici işlər naziri Loran Fabius Nazirlər Kabinetinin iclasında sonuncu dəfə iştirak etdiyini bildirib. O, 2012-ci il may ayından icra etdiyi Fransa xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tezliklə tərk edəcəyini deyib.
Yeni xarici işlər naziri vəzifəsinə namizədlər arasında Seqolen Ruayal, Elizabet Giqu, Jan Mark Ayro və Matiyas Feklin adları çəkilir.
Prezident Fransua Olland L.Fabiusu Konstitusiya Şurasının sədri vəzifəsini təklif etsə də, Milli Assambleya və Senatın sədrləri Konstitusiyanın 56-cı maddəsini rəhbər tutaraq onu Konstitusiya Şurasına üzv qəbul ediblər.
Fransada V Respublikanın ən gənc Baş naziri olmuş 69 yaşlı L.Fabius işsiz də qalmayacaq. 2016-cı ilin sonunda COP 22-nin məşəlini Mərakeşə ötürənədək o, COP 21-in sədri vəzifəsini icra edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris