DÜNYA


Fransanın yeni hökumətinə 18 nazir və 4 dövlət katibi daxildir

Paris, 17 may, AZƏRTAC

Fransanın yeni hökumətinin tərkibinə 18 nazir və 4 dövlət katibi daxildir.

Yeni hökumətdə Jan-İv Lö Dryan Avropa və xarici işlər naziri, Fransua Bayru ədliyyə naziri, Brüno Lö Mer iqtisadiyyat naziri, Laura Flessel isə idman naziri vəzifələrini tutublar.

Ölkənin ərazi birliyi naziri Rişard Ferrand, daxili işlər naziri Jerard Kolomb, müdafiə naziri isə Silvi Qular təyin edilib.

Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.