DÜNYA


Fransanın yeni parlamentinə 158 qadın deputat seçilib

Paris, 19 iyun, AZƏRTAC

“İpsos/Sopra Steria” sorğu şirkətinin Paris vaxtı ilə saat 22:00-a olan hesablamalarına görə, Fransada keçirilən parlament seçkilərinin 2-ci turunda “İrəli, respublika” hərəkatı və Demokratik Hərəkat Partiyası birlikdə Milli Assambleyada 577 yerdən 361-ni əldə edib.

Respublikaçılar Partiyası Müstəqillər və Demokratlar Birliyi və digər sağçı partiyalarla birlikdə 126, Sosialistlər, Radikal Solçu və digər solçu partiyalar 46, “Fəth edilməyən Fransa” hərəkatı 16, Kommunist Partiyası 10, Milli Cəbhə Partiyası 10 yer qazanıb.

Fransa Daxili İşlər Nazirliyinin verdiyi ilkin məlumata əsasən, “İrəli, respublika” hərəkatı 41.64 faiz, Respublikaçılar Partiyası 22.8 faiz, Milli Cəbhə Partiyası 10.31 faiz, Müstəqil Demokratlar Birliyi 6.52 faiz, Sosialist Partiyası 6.07 faiz, Müstəqillər və Demokratlar Birliyi 3.25 faiz, “Fəth edilməyən Fransa” Partiyası 3 faiz, müxtəlif sağçı partiyalar 1.95 faiz, müxtəlif solçu partiyalar 1.57 faiz, Kommunist Partiyası 1.34 faiz, Regionçular Partiyası 0.96 faiz, radikal sollar 0.45 faiz, ekoloqlar 0.16 faiz, radikal sağçılar 0.13 faiz və digər kiçik partiyalar isə 0.55 faiz səs toplayıb.

Xatırladaq ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi səsvermədə iştirak etməyib.

İlkin məlumatlara əsasən, bu seçkilərdən sonra Milli Assambleyaya 158 qadın deputat seçilib ki, bu da Fransa tarixində yeni rekorddur. 2012-ci ildə keçirilmiş parlament seçkilərindən sonra Milli Assambleyanın 577 deputatından 155-i qadın olmuşdu.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.